Bank Of Baku

Milli Kitabxanada 20 Yanvara həsr olunmuş kitab sərgisi və “20 Yanvar: Güllələnmiş qəzet” kitabının müəllifi ilə görüş keçirilib - FOTO

Milli Kitabxanada 20 Yanvara həsr olunmuş kitab sərgisi və “20 Yanvar: Güllələnmiş qəzet” kitabının müəllifi ilə görüş keçirilib - <font color=red>FOTO</font>
# 19 yanvar 2011 10:14 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Mirzə Fətəli Axundov adına Milli Kitabxanada 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş kitab sərgisi və “20 Yanvar: Güllələnmiş qəzet” kitabının müəllifi Məzahir Süleymanzadə ilə görüş keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən kitabxananın direktoru Kərim Tahirov bildirib ki, illər keçdikcə 20 Yanvarın mahiyyəti daha aydın duyulur: “20 Yanvar faciədir, çünki günahsız insanlar qırılıb. Amma bu gün həm də qəhrəmanlıq günüdür. Çünki 20 yanvarın qurbanları öz şəhidlikləri ilə ölməzliyə qovuşdular və gənc nəsillər üçün çox gözəl bir nümunə qoydular”.

Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, həmin dövrdə 20 Yanvar faciəsini daha çox işıqlandıran “Səhər” qəzetinin əməkdaşı olmuş Vaqif Bəhmənli isə bildirib ki, 1990-cı ilə qədər insanlar qəhrəmanlıq, şəhidlik barədə daha çox kitablarda oxuyub, filmlərdə görmüşdülər. Lakin 20 Yanvar insanların qəhrəmanlıqla bağlı düşüncələrini tamamilə dəyişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR