Bank Of Baku

AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda Rumıniyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda Rumıniyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib
# 19 yanvar 2011 11:08 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda Rumıniyanın Azərbaycandakı səfiri, NATO-nun Azərbaycan üzrə koordinatoru Nikolae Ureki ilə görüş keçirilib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan və NATO əməkdaşlığı, Rumıniya-Azərbaycan münasibətləri, mövcud ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələr müzakirə edilib. Görüşdə çıxış edən institutun direktoru İlham Məmmədzadə bildirib ki, Azərbaycanın NATO, eləcə də Rumıniya ilə yaxın münasibətləri var. O, rəhbərlik etdiyi institutun beynəlxalq əlaqələrini genişləndirdiyini və Rumıniyanın müvafiq qurumları ilə əməkdaşlığa hazır olduğunu bildirib: “İstəyirik ki, Rumıniya universitetləri ilə birgə konfranslar, alimlərin qarşılıqlı səfərlərini təşkil edək. NATO ilə də əməkdaşlıq uğurlu ola bilər. Bizim institutun alimləri Dağlıq Qarabağ konfliktinin aradan qaldırılmasına töhfə verəcək elmi əsərlər yazır və bu, NATO-nu maraqlandıra bilər”.
Azərbaycanla NATO arasındakı mövcud əməkdaşlığın vəziyyəti, bu günə qədər həyata keçirilən layihələr haqda danışan N. Ureki isə elmi əməkdaşlığın genişləndirilməsinə yardımçı olacağına söz verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR