Bank Of Baku

Gənclər və İdman Nazirliyində konfrans keçirilib

Gənclər və İdman Nazirliyində konfrans keçirilib
# 19 yanvar 2011 13:07 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Gənclər və İdman Nazirliyində “Gənclərin vətəndaşlıq tərbiyəsində 20 Yanvar hadisələrinin rolu” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, tədbirin əsas məqsədi 20 Yanvar faciəsinin növbəti ildönümünün anılması və tarixi faktların gənclərə çatdırılmasıdır: “20 Yanvar müasir Azərbaycan tarixinin qəhrəmanlıq dolu salnaməsidir. 20 Yanvar şəhidləri öz gənc həyatlarını qurban verərək bununla Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsindən dönməzlik əzmini göstəriblər. Müasir gənclik tökülən qanların mahiyyətini düzgün dərk etməli və qan bahasına qazanılan müstəqilliyin qədrini bilməlidir. Hər bir gənc öz fəaliyyəti ilə dövlətimizin güclənməsinə çalışmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR