Bank Of Baku

Səhiyyə Nazirliyi sertifikasiyadan keçən ilk həkimlərin adlarını açıqlayıb

Səhiyyə Nazirliyi sertifikasiyadan keçən ilk həkimlərin adlarını açıqlayıb
# 19 yanvar 2011 14:45 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Səhiyyə Nazirliyi praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan həkimlərin sertifikasiyası məqsədilə yanvarın 5-də mama-ginekologiya və terapiya ixtisasları üzrə imtahan verərək I mərhələdən keçən həkimlərin ilk müsahibəsini keçirib. Nazirlikdən APA-ya verilən məlumata görə, ilk müsahibədə 4 həkim mama-ginekoloq iştirak edib. Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən aparılan müsahibədə 4 həkimin hamısı uğurlu nəticə əldə edib. Sertifikasiyadan keçən həmin şəxslərə 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ verilib.

Bu gün SN həm də həkimlərin üçüncü imtahanını keçirib. İmtahan oftalmologiya və ümumi cərrahiyyə ixtisasları üzrə olub. İmtahanın nəticələri üç gün ərzində açıqlanacaq. Həkimlər imtahan nəticələrini Səhiyyə Nazirliyinin rəsmi internet saytından və Sertifikasiya Komissiyasından öyrənə biləcəklər.

Növbəti imtahanlar yanvarın 26-da dematoveneralogiya və kardiologiya ixtisasları üzrə olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR