Bank Of Baku

Mərkəzi Bankın sədri: “Bu il Azərbaycanda sosial ipotekanın verilməsi şərtlərində hər hansı dəyişiklik gözlənilmir”

Mərkəzi Bankın sədri: “Bu il Azərbaycanda sosial ipotekanın verilməsi şərtlərində hər hansı dəyişiklik gözlənilmir”
# 20 yanvar 2011 08:47 (UTC +04:00)
Cari ilin dövlət büdcəsində sosial ipoteka kreditləşməsinə 14 milyon manat vəsait nəzərdə tutulduğunu deyən AMB sədrinin sözlərinə görə, il ərzində bu vəsaitin əhaliyə çatdırılması nəzərdə tutulur: «Şərtlərdə elə bir ciddi dəyişiklik olmayacaq. Əvvəlki şərtlər qalıb. Təbii ki, bazarda sosial və kommersiya ipotekasına tələb daha böyükdür”.

E. Rüstəmov hazırda AMB-nin hökumətlə birlikdə sosial və kommersiya ipotekasının genişləndirilməsi imkanlarının axtarıldığını, eyni zamanda mövcud ipoteka modelinin təkmilləşdiriləcəyini vurğulayıb. AMB sədri hesab edir ki, tələbin artması tikinti sektorunda aktivliyin artması ilə bağlıdır.

Qeyd edək ki, Azərbaycanda ipoteka kreditlərinin verilməsinə 2006-cı ildən başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR