Bank Of Baku

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri: “Azərbaycanda “Euro-3” standartı gələn il, “Euro-4” standartı isə 2015-ci ildə tətbiq ediləcək”

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri: “Azərbaycanda “Euro-3” standartı gələn il, “Euro-4” standartı isə 2015-ci ildə tətbiq ediləcək”
# 20 yanvar 2011 09:11 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə jurnalistlərə Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.

Onun sözlərinə görə, hökumətin qərarı ilə ölkədə “Euro-3” standartı 2012-ci ildə, “Euro-4” standartı isə 2015-ci ildə tətbiq ediləcək.

Ramiz Həsənov həmçinin bildirib ki, “Euro-2” standartının tətbiqi ilə bağlı bu il yeni laboratoriyanın tikilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2010-cu ilin iyul ayından “Euro-2” standartının avtomobil idxalı zamanı da tətbiq olunacağını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR