Bank Of Baku

Azərbaycanda “Elektron məktəb”lərin sayı artırılacaq

Azərbaycanda “Elektron məktəb”lərin sayı artırılacaq
# 21 yanvar 2011 08:27 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bu il Azərbaycanda “Elektron məktəb” məktəb layihəsinə qoşulacaq orta məktəblərin sayı artırılacaq. Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov APA-ya deyib ki, hazırda Azərbaycanda artıq 30-a yaxın təhsil müəssisəsində “Elektron məktəb” məktəb layihəsi icra edilir. Bu layihə Bakı, Sumqayıt, Gəncə, Lənkəran orta məktəblərində həyata keçirilir. Məktəblərlə yanaşı, təhsil şöbələrində də layihənin bəzi komponentləri həyata keçirilir.
S. Məmmədov deyib ki, Azərbaycanın 500 təhsil müəssisəsində kompüter sinifləri, müəllim və direktorların otaqlarını əhatə edən lokal şəbəkələr yaradılıb. Ümumilikdə Azərbaycanda 1000 təhsil müəssisəsinin internet şəbəkəsinə qoşulub. Bu məktəblər Bakı şəhəri və 45 rayonda yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR