Bank Of Baku

Azərbaycanda elmi işçilərin 25%-nin elmlər doktoru və fəlsəfə doktoru alimlik dərəcəsi var

Azərbaycanda elmi işçilərin 25%-nin elmlər doktoru və fəlsəfə doktoru alimlik dərəcəsi var
# 21 yanvar 2011 11:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin əvvəlinə Azərbaycanda müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 148 elmi təşkilat və müəssisə fəaliyyət göstərib. Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu elm ocaqlarında elmi tədqiqat və işləmələrlə 18 minə yaxın mütəxəssis məşğul olub və onların 63%-i tədqiqatçılardır. Mütəxəssislərin hər dörd nəfərindən birinin elmlər doktoru və fəlsəfə doktoru alimlik dərəcəsi var.

Bundan əlavə, elmi-tədqiqat bölmələrində ştatda olmayan və ali təhsil müəssisələrində çalışan 13 min nəfər elmi pedaqoji işçi, elmi-tədqiqat bölmələrində tədqiqat və işləmələri yerinə yetiriblər ki, onların da yarıdan çoxu elmlər doktoru və fəlsəfə doktoru alimlik dərəcəsinə malik olanlardır.

Cari ilin əvvəlinə Milli Elmlər Akademiyasının 57 akademiki və 109 müxbir üzvü olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR