Bank Of Baku

Ötən il Azərbaycanda 459 nəfər İİV-ə yoluxub

Ötən il Azərbaycanda 459 nəfər İİV-ə yoluxub
# 21 yanvar 2011 12:03 (UTC +04:00)
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, onlardan 97,4% Azərbaycan vətəndaşı, 2,6% isə əcnəbilərdir. Qeydiyyata alınmış Azərbaycan vətəndaşından 80,3% kişi, 19,7% qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 244 nəfər, QİÇS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 52 nəfər olub.

Nazirlikdən bildirilib ki, Azərbaycanda İİV-infeksiyası / QİÇS problemi ən aktual problem olaraq qalır. Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılıb. Lakin son illər bu virusa cinsi yolla yoluxanların sayı artıb. Bununla belə, son 4 il ərzində Azərbaycanda yeni İİV-ə yoluxmuş insanların aşkar olunması eyni səviyyədə qalmaqdadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR