Bank Of Baku

Həkimlər üçün keçirilən üçüncü imtahanın nəticələri açıqlanıb

Həkimlər üçün keçirilən üçüncü imtahanın nəticələri açıqlanıb
# 21 yanvar 2011 13:55 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Səhiyyə Nazirliyi praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssisləri üçün yanvarın 19-da keçirilən sertifikasiya prosesinin nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sayca üçüncü olan bu imtahan oftalmologiya, ümumi cərrahiyyə ixtisasları üzrə keçirilib. İmtahanda iştirak edən 37 həkimin 35-i uğurlu nəticə əldə edərək növbəti mərhələyə - müsahibəyə buraxılıb.

İmtahanın şərtlərinə əsasən 3 saat ərzində verilmiş 100 sualdan ən azı 60 suala düzgün cavab verən həkimlər müsahibədə iştirak edə bilərlər. İmtahan nəticələri nazirliyin rəsmi saytında yerləşdirilib.

Qeyd edək ki, növbəti imtahanlar yanvarın 26-da dematoveneralogiya və kardiologiya ixtisasları üzrə olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR