Bank Of Baku

Azərbaycan muzeylərinin durumu ilə bağlı beynəlxalq elmi konfrans keçiriləcək

Azərbaycan muzeylərinin durumu ilə bağlı beynəlxalq elmi konfrans keçiriləcək
# 21 yanvar 2011 14:22 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində muzeylərin müasir durumu və inkişaf perspektivlərinə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək. AMEA mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfrans bu ilin 28 iyun-2 iyul tarixlərində təşkil olunacaq. Konfransda müasir muzeylərdə konservasiya və bərpa məsələləri, muzeylər və mədəni turizm, tarix və mədəniyyətin tədrisi və təbliğində müasir muzeylərin rolu, muzeylərdə informasiya texnologiyalarının tətbiqi, muzey menecmentinin problemləri mövzularının müzakirəsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR