Bank Of Baku

Azərbaycanda Əmək Müfəttişliyi icbari sığorta ilə bağlı araşdırmalara başlayır

Azərbaycanda Əmək Müfəttişliyi icbari sığorta ilə bağlı araşdırmalara başlayır
# 21 yanvar 2011 14:42 (UTC +04:00)
Bu barədə Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (Caspian-European Integration Business Club - CEIBC) nəzdində fəalliyyət göstərən «Caspian-European Construcrion Club»un təşkil etdiyi biznes-forumda müfəttişliyin rəis müavini Məhərrəm Məhərov məlumat verib.

Xatırladaq ki, «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» qanunun tələblərinə görə, hazırda əmək fəaliyyəti ilə məşğul olan bütün işçilərin icbari qaydada sığortalanması nəzərdə tutulur.

«APA-ECONOMICS»in məlumatına görə, qanunu pozanları cərimə gözlədiyini xatırladan rəis müavininin sözlərinə görə, yaxın vaxtlarda həmin cərimələrin məbləğinin daha da artırılması nəzərdə tutulur.

Sahibkarların bununla bağlı suallarını cavablandıran rəis müavininin sözlərinə görə, hazırda bu sığorta növü ilə məşğul olan şirkətlərin heç də bütün rayonlarda filialları olmadığına görə, başqa şirkətlər bu sığorta növü üzrə onlara vasitəçilik edə bilər.

Görüşdə müvəqqəti və ya qısamüddətli işlərdə çalışan işçilərin necə sığortalanacağına da aydınlıq gətirilib. Qeyd edək ki, bəzi iş adamları tikinti sektorunda müvəqqəti işlərin çox olduğunu əsas gətirərək işçilərin icbari sığortalanması barədə müqavilələrin illik deyil, aylıq bağlanmasını təklif edirlər.

M.Məhərovun sözlərinə görə isə, belə hallarda tikinti şirkətləri işdən çıxan və işə daxil olan işçilər barədə 10 gün ərzində sığorta şirkətini məlumatlandırmalıdır. Belə olanda onlar artıq ödədikləri məbləği geri ala və ya həmin sığortanı başqa işçinin adına rəsmiləşdirə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR