Bank Of Baku

Bakı Şəhəri üzrə Təhsil İdarəsi özəlləşdirməyə çıxarılan, amma özəlləşdirilməmiş bağçaların idarəçiliyinin yenidən onlara verilməsini istəyir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi özəlləşdirməyə çıxarılan, amma özəlləşdirilməmiş bağçaların idarəçiliyinin yenidən onlara verilməsini istəyir
# 21 yanvar 2011 14:51 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) paytaxtda özəlləşdirməyə çıxarılan, amma hələ də özəlləşdirilməmiş bağçaların idarəçiliyinin yenidən onlara verilməsini təklif edir. İdarənin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı APA-ya bildirib ki, Bakı şəhərində 113 uşaq bağçası özəlləşdirməyə açıq elan olunsa da, onların yalnız 48-i özəlləşdirilib, qalan 65 müəssisə isə hələ də BŞTİ-nin tabeliyində fəaliyyət göstərir: “Ötən dörd il müddətində bu təhsil müəssisələrinin özəlləşdirilməməsi bir sıra çətinliklərin, qeyri-müəyyən vəziyyətin yaranmasına səbəb olub. Belə ki, həmin müəssisələrin maddi-texniki bazası müasir tələblərə cavab vermir. Onların bu cəhətdən təchizatı isə demək olar ki, dayandırılıb. Bu da həmin müəssisələrdə işin keyfiyyətinə mənfi təsir göstərir. Yaranmış qeyri-müəyyən – “özəlləşmə olacaq, ya yox?” sualının cavabı olmadığından konkret nəticəyə gəlmək mümkün deyildir. Odur ki, tezliklə bu suala da aydınlıq gətirilməlidir”.

Z. Əliqızının sözlərinə görə, hazırda BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 300 müəssisədən 186-sı birtipli layihə əsasında tikilib, 114 müəssisə uyğunlaşdırılmış binalarda yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR