Bank Of Baku

Kür və Tülyançayda suyun səviyyəsinin qalxması nəticəsində evləri uçmuş sakinlər üçün Ucar-Zərdab şossesinin kənarında yeni evlərin tikintisi davam etdirilir

Kür və Tülyançayda suyun səviyyəsinin qalxması nəticəsində evləri uçmuş sakinlər üçün Ucar-Zərdab şossesinin kənarında yeni evlərin tikintisi davam etdirilir
# 21 yanvar 2011 15:08 (UTC +04:00)
Ucar. Zahid Abışov - APA. Kür və Tülyançayda suyun səviyyəsinin qalxması nəticəsində evləri uçmuş sakinlər üçün Fövqəladə Hallar Nazirliyinin xətti ilə Ucar-Zərdab şossesinin kənarında subasma təhlükəsi olmayan ərazidə yeni evlərin tikintisi davam etdirilir .Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Allahverdi Səfərovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, birinci mərhələdə 51 evin tikintisi başa çatdırılıb, ikinci mərhələdə isə 20 evin tikintisi davam etdirilir. Tikintisi yekunlaşmış 51 evin 34-ü iki ,16-sı üç, 1-i isə dörd otaqlıdır.

Hal-hazırda tikintisi aparılan evlər isə 2 və 3 otaqdan ibarətdir. Bundan başqa, 18 sosial obyekt subasma nəticəsində yararsız vəziyyətə düşüb ki, bunlardan da 14-də təmir-tikinti işləri aparılır. 4 obyekt - Ağabağı kəndində ibtidai məktəb, Çallı kəndində doğum evi, Şəftəxan kəndində tibb məntəqəsi və Qoruqbağı kəndində uşaq bağçası isə yenidən tikilir. Tikinti işlərinin bu ilin mart ayının sonuna kimi yekunlaşması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR