Bank Of Baku

Göyçayın 18 kəndində ATS-lər müasir NGN texnologiyası əsasında yenidən qurulub

Göyçayın 18 kəndində ATS-lər müasir NGN texnologiyası əsasında yenidən qurulub
# 21 yanvar 2011 18:15 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov-APA. Göyçay rayonunda bütün ATS-lər müasir NGN texnologiyası əsasında yenidən qurulur. APA-nın Şirvan bürosunun məlumatına görə son bir ildə rayonun Mallı-Şıxlı, Qaraman, Mırtı, Qarayazı, Alxasafa, Mirzəhüseynli və Qaraxıdır kəndlərində yeni ATS binaları inşa edilib, Göyçay şəhərinin mərkəzi ATS-i, eləcə də “SU 3” qəsəbəsində, Yeniarx, Müskürlü, Çərəkə, Qızılağac, Məlikkənd, Kürdşaban, Ləkçiplaq, Şəkər və Qarabaqqal kəndlərində ATS binaları əsaslı təmir edilib. Həmin ATS-lərın hamısı NGN texnologiyası əsasında yenidən qurulub. Rayonun mərkəzi ATS-indən bütün kənd ATS-lərinə fiberoptik kabel xəttinin çəkilişi və bloklaşmış nömrələrin fərdiləşdirilməsi işləri başa çatdırılıb.

Hazırda isə mövcud nömrələrin yeni stansiyalara köçürülməsi işləri davam etdirilir. Bundan əlavə hal-hazırda rayonun Mirzəhüseynli, Yeniarx, Müskürlü, Məlikkənd, Kürdşaban kəndlərində yeni elektron ATS-lər quraşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR