Bank Of Baku

Sabah Azərbaycanın 11 bölgəsində sınaq imtahanları keçiriləcək

Sabah Azərbaycanın 11 bölgəsində sınaq imtahanları keçiriləcək
# 22 yanvar 2011 07:46 (UTC +04:00)
TQDK-nın mətbuat katibi Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Quba, Göyçay, Şirvan, Ağcabədi və Mingəçevir şəhərlərində keçiriləcək imtahanlarda 31 minə qədər şagirdin iştirak edəcəyi gözlənilir.

E. Nağızadə deyib ki, sınaq imtahanları abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək etmək və ilk dəfə tətbiq ediləcək açıq testlərə abituriyentlərin cavablarını təhlil etmək üçün keçirilir: “Sınaq imtahanlarında ilk dəfə olaraq riyaziyyat fənni üzrə 5 sual açıq test şəklində olacaq. İmtahandan sonra abituriyentlərin açıq testləri necə cavablandırmaları təhlil olunacaq. İmtahanın nəticələri həftənin sonuna qədər elan olunacaq”.

Qeyd edək ki, sonrakı sınaq imtahanlarının müntəzəm olaraq aprel ayından etibarən keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR