Bank Of Baku

Yanvarın 27-də Azərbaycan ərazisində havanın temperaturu düşəcək

Yanvarın 27-də Azərbaycan ərazisində havanın temperaturu düşəcək
# 24 yanvar 2011 09:16 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, cənub-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gündüz 8-11, axşam 4-6 dərəcə isti olacaq.

Yanvarın 25-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 3-6, gündüz 10-14 dərəcə isti olacaq.

Yanvarın 26-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, səhər və gündüz bəzi yerlərdə arabir güclənəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 4-6, gündüz 12-14 dərəcə isti olacaq.

Yanvarın 27-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Axşam buludluluğun artacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyi əsəcək, arabir güclənəcək, gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında yanvarın 25-də hava, əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcə isti, gündüz 9-14 dərəcə, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacaq.

Yanvarın 26-27-də hava, əsasən yağmursuz keçəcək. Lakin yanvarın 27-də axşam bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək, yanvarın 27-də qərb küləyi saniyədə 5-10 metr arabir güclənəcək. Gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

Yaxın 2 gün ərzində Abşeron yarımadasında gözlənilən mülayim hava şəraiti müsbət amil olsa da, arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR