Bank Of Baku

Bakı və Abşeron yarımadasında seysmik təhlükəsizlik və riskin qiymətləndirilməsi ilə bağlı kompleks proqram hazırlanıb

Bakı və Abşeron yarımadasında seysmik təhlükəsizlik və riskin qiymətləndirilməsi ilə bağlı kompleks proqram hazırlanıb
# 24 yanvar 2011 09:37 (UTC +04:00)
AMEA mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu barədə AMEA Yer Elmləri Bölməsinin illik hesabatında bölmənin akademik katibi Arif İsmayılzadə bildirib. Proqramın Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, ARDNŞ, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Respublika Seysmoloji Xidmət Mərkəzinin iştirakı ilə yerinə yetirilməsi nəzərdə tutulub.
A. İsmayılzadə ötən il Geologiya İnstitutunun neft sahəsi üzrə elmi-tədqiqat işlərinin böyük hissəsinin “2007-2014-cü illər ərzində Cənubi-Xəzər Çökəkliyinin Azərbaycan hissəsinin karbohidrogen potensialının və geodinamikasının öyrənilməsi Proqramı” adı altında dövlət tapşırığının icrası ilə bağlı olduğunu bildirib. İnstitutda həmçinin, “Cənubi-Xəzər Hövzəsinin geoloji-geofiziki modeli” bölümü üzrə yeni metodika və “REZAYR” proqramlar paketi hazırlanıb, çökəkliyin 5000 m dərinlik kəsimi üçün sxematik geoloji xəritəsi tərtib olunub, “Azərbaycan Respublikasında nadir geoloji obyektlərin qorunması və uzunmüddətli istifadəsi” proqramı üzrə ölkə ərazisində nadir geoloji obyektlərin monitorinqi aparılıb, alınmış materiallara əsasən geoloji abidələrin unikallığı işlənilib və pasportlaşmaya cəlb olunmalı müvafiq obyektlər təklif edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR