Bank Of Baku

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi: “Dərs saatları azalırsa, müəllimlərin ixtisarı aparıla bilər”

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi: “Dərs saatları azalırsa, müəllimlərin ixtisarı aparıla bilər”
# 24 yanvar 2011 12:00 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bakının orta məktəblərində 780 nəfər ibtidai sinif müəllimi yığma saatlar hesabına dərs deyir. Bunu APA-ya açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin kadrlar sektorunun müdiri Bəhmən Nəbiyev deyib. Onun sözlərinə görə, hələ 2006-cı ildə idarə yeni fəaliyyətə başlayanda aparılan araşdırma zamanı 1400-dən çox ibtidai sinif müəlliminin yığıma saatlar hesabına işlədiyi məlum olub: “Yığma saatlarla işləyən müəllimlərin sinifləri olmur, onlar ibtidai siniflərdə keçirilən təsviri incəsənət, musiqi kimi fənlər hesabına bir neçə saat dərs keçə bilirlər. Biz ilk növbədə bunu nizama salınmasına çalışdıq. Bunun üçün ilk növbədə müəllim sıxlığı olan məktəblərdə ehtiyac olmadığı halda, ibtidai sinif müəllimlərinin işə qəbulu həyata keçirilmədi, vakant yerlərə yığma saatlar hesabına işləyən müəllimlər təyin olundu. Nəticədə bu gün bu rəqəm azalaraq 780 nəfər çatıb. Bu rəqəmi getdikcə azaldırıq”.

B.Nəbiyev deyib ki, yığma saatlarla işləyən müəllimlərin bəziləri pensiyaya çıxacağı, bəziləri iş yerini dəyişəcəyi, bir yerdən başqa bir yerə köçəcəyi və yeni müəllimlər işə qəbul edilmədiyi halda bu say tənzimlənəcək. Müəllimlər arasında böyük ixtisarların aparılması isə nəzərdə tutulmayıb: “Amma dərs saatları azalırsa, təkcə ibtidai sinif müəllimləri deyil, ayrı-ayrı fənn müəllimlərinin də məcburi ixtisarı aparıla bilər”.

İdarə rəsmisinin bildirdiyinə görə, ibtidai sinif müəllimlərin artıqlığı uzun illər ərzində müxtəlif səbəblərdən yaranıb. Bunun ən başlıca səbəbi ehtiyac olmadan müəllimlərin işə qəbul edilməsi, tələb olunan vaxtlarda ixtisarların aparılmaması ilə bağlıdır.

Pensiya yaşına çatan müəllimlərə gəldikdə, B. Nəbiyev deyib ki, yaşlı müəllimin sağlamlığı imkan verirsə və müasir təlim texnologiyalarını bilirsə, həmin müəllimlər haqqında heç bir tədbir görülmür və görülməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR