Bank Of Baku

Azərbaycanda göyöskürək, bakterial dizenteriya, quduzluq və tənəffüs orqanlarının vərəmi ilə xəstələnənlərin sayı artıb

Azərbaycanda göyöskürək, bakterial dizenteriya, quduzluq və tənəffüs orqanlarının vərəmi ilə xəstələnənlərin sayı artıb
# 25 yanvar 2011 07:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin əvvəlinə Azərbaycanda 33 min həkim və 63,5 min orta tibb işçisi çalışan 760 xəstəxana və 1 694 ambulatoriya-poliklinika müəssisəsi fəaliyyət göstərib. Ölkə əhalisinin hər 10 min nəfərinə 37 həkim və 71 orta tibb işçisi düşüb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən il qeydə alınmış xəstəliklər arasında tənəffüs orqanlarının, yoluxucu və parazitar, həzm orqanlarının və qan dövranı sisteminin xəstəlikləri üstünlük təşkil edib. Ötən ilin yanvar-noyabr aylarında ölkədə epidemik parotit ilə xəstələnənlərin sayı – 47%, viruslu hepatit ilə - 35%, sifilis ilə xəstələnənlərin sayı isə 23% azalıb, difteriya, qızılca, anadangəlmə məxmərək və yeni doğulmuşlarda tetanus xəstəlikləri qeydə alınmayıb. Bununla belə, göyöskürək, bakterial dizenteriya, quduzluq və tənəffüs orqanlarının vərəmi ilə xəstələnənlərin sayı bir qədər artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR