Bank Of Baku

Dövlət Statistika Komitəsi: Son 7 il ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi 5 dəfə azalıb

Dövlət Statistika Komitəsi: Son 7 il ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi 5 dəfə azalıb
# 25 yanvar 2011 10:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyevin iştirakı ilə Azərbaycanın 2010-cu il üzrə sosial və makroiqtisadi göstəricilərinə dair mətbuat konfransı keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə A.Vəliyev qeyd edib ki, ötən il ərzində Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) həcmi 5% artaraq 41,6 mlrd. manata çatıb. ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi isə 3,7% artaraq 4 653,3 manat təşkil edib.

A.Vəliyev bildirib ki, hesabat ilində Azərbaycanda sənaye məhsulunun ümumi həcmi 2,6%, o cümlədən qeyri-neft sənayesi 6,6%, əsas kapitala yönəldilmiş investisiyaların həcmi 21,2%, o cümlədən qeyri-neft sektoruna yatırılan sərmayənin həcmi 15,1%, nəqliyyat sektorunda yük daşınması 3,1%, informasiya və rabitə xidmətlərinin həcmi 29,7%, pərakəndə əmtəə dövriyyəsinin həcmi 9%, əhaliyyə göstərilən pullu xidmətlər 10,8%, xarici ticarət dövriyyəsi (yanvar-noyabr ayları) 34,9%, əhalinin gəlirləri isə 11,9% artıb, kənd təsərrüfatı sahəsində isə məhsul istehsalı 2,2% azalıb.

«Ötən il ərzində Azərbaycanın dövlət büdcəsinin gəlirləri 11 402,5 mln. manat, xərcləri isə 11 766,0 mln. manat təşkil edib. Nəticədə, ötən il dövlət büdcəsində 363,5 mln. manatlıq kəsir yaranıb. Ümumiyyətlə, hesabat ilində 2009-cu illə müqayisədə dövlət büdcəsinin gəlirləri 10,4%, xərcləri isə 12% artıb», - deyə A.Vəliyev bildirib.

A.Vəliyev qeyd edib ki, ötən il Azərbaycanda yoxsulluğun səviyyəsi 1,8 faiz bəndi azalaraq 9,1%-ə düşüb: «Ümumiyyətlə, son 7 il ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi 4,9 dəfə azalıb».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR