Bank Of Baku

Magistraturaya qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu başlayır

Magistraturaya qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu başlayır
# 25 yanvar 2011 10:24 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gündən ali məktəblərin magistratura pilləsinə sənəd qəbuluna başlayıb. APA-nın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib ki, sənəd qəbulu fevralın 7-dək davam edəcək.

Cari ilin məzunları “Bakalavrın elektron ərizəsi” formasını bitirdikləri ali təhsil müəssisəsində yaradılmış sənəd qəbulu komissiyasında təsdiq etdirəcəklər. Ali təhsil müəssisələrini əvvəlki illərdə bitirənlər və nəzdində sənəd qəbulu komissiyası fəaliyyət göstərməyən ali təhsil müəssisələrinin cari il məzunları “Bakalavrın elektron ərizəsi” formasını ali təhsil müəssisələrində yaradılmış komissiyaların birində təsdiq etdirməlidirlər.

M. Abbaszadə deyib ki, magistraturaya qəbul qaydalarında bəzi dəyişikliklər edilib. Bu ildən fəlsəfə ixtisası üzrə fəlsəfə, fizika və riyaziyyat ixtisaslarını bitirənlər də magistraturaya sənəd verə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR