Bank Of Baku

“Dilin qanunu, qanunların dili” mövzusunda toplantı keçirilib

“Dilin qanunu, qanunların dili” mövzusunda toplantı keçirilib
# 25 yanvar 2011 11:01 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Dil Qurumunun təşəbbüsü ilə “Dilin qanunu, qanunların dili” mövzusunda toplantı keçirilib. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan Azərbaycan Dil Qurumunun sədri Sabir Rüstəmxanlı deyib ki, dil millətin varlığıdır və mövcudluğunu qoruyub saxlaması üçün ən vacib nemətdir. O bildirib ki, dünyanın bütün ölkələrində dövlət dilinin inkişaf etdirilməsi və yad təsirlərdən qorunması üçün bir sıra addımlar atılır. S. Rüstəmxanlı Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində bu istiqamət üzrə institutun fəaliyyət göstərdiyini xatırladıb: “Lakin bu institutda real vəziyyət təhlil olunmur və problemlərlə bağlı cəmiyyət məlumatlandırılmır. Burada ancaq elmi-tədqiqat işləri aparılır”.

S. Rüstəmxanlının sözlərinə görə, bundan sonra Azərbaycan Dil Qurumu tərəfindən dilin vəziyyəti, mətbuat səhifələrində yaranan problemlər barədə bülletenlər hazırlanacaq və ictimaiyyətə təqdim ediləcək: “Azərbaycan dilinə son illər o qədər yad ünsürlər daxil olub ki, bir gün yalnız feillərin bizə aid olduğunu görəcəyik. Dil millətin ləyaqət və şərəf məsələsidir. Azərbaycan dilinin yoluxduğu bu xəstəlik sağalmalıdır”.

Sonra tədbirdə hüquqşünas Əlövsət Əliyev, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, jurnalist Azər Həsrət, yazıçı Rasim Qaraca və digərləri “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanun və xarici ölkələrin bu istiqamət üzrə təcrübələri, mətbuat səhifələrində dil tətbiqi və digər mövzularda çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR