Bank Of Baku

Kiyev Təhsil İdarəsinin nümayəndələri Azərbaycana gələcəklər

Kiyev Təhsil İdarəsinin nümayəndələri Azərbaycana gələcəklər
# 25 yanvar 2011 12:56 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Kiyev Təhsil İdarəsi rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 26-da Bakıya səfər edəcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) rəis müavini Məhərrəm Bayramov APA-ya bildirib ki, səfər yanvarın 30-da başa çatacaq. BŞTİ-nin dəvəti ilə baş tutan səfər zamanı Kiyev Təhsil İdarəsinin nümayəndələri paytaxtın orta məktəb və məktəbəqədər təhsil müəssisələrində vəziyyətlə tanış olacaqlar.

M. Bayramovun sözlərinə görə, səfər zamanı iki idarə arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məqsədi ilə sənəd də imzalana bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR