Bank Of Baku

BDU magistrlərinin Moskva Fizika-Texniki İnstitutunda təhsil almaq üçün verdiyi imtahanın nəticələri açıqlanıb

BDU magistrlərinin Moskva Fizika-Texniki İnstitutunda təhsil almaq üçün verdiyi imtahanın nəticələri açıqlanıb
# 25 yanvar 2011 13:17 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bakı Dövlət Universiteti (BDU) ilə Moskva Fizika-Texniki Universiteti (MFTİ) arasında əməkdaşlıq barədə imzalanmış Anlaşma Memorandumuna əsasən BDU magistrlərinin MFTİ-də təhsil almaq üçün verdiyi imtahanın nəticələri açıqlanıb. Bu barədə APA-ya BDU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib.
İmtahan nəticələrinə əsasən 3 nəfər – Kimya fakültəsinin II kurs magistri Şeyda Rauf qızı İsmayılzadə, Fizika fakültəsinin I kurs magistrləri Nağı Abbasəli oğlu Qasımov və Hikmət Arif oğlu Məhərrəmov qalib olublar.

Qeyd edək ki, MFTİ-də təhsil almaq üçün BDU-nun Kimya, Fizika və Geologiya fakültəsinin 17 nəfər magistri yanvarın 24-də imtahan veriblər. İmtahan MFTİ əməkdaşlarının nəzarəti altında yazılı və şifahi şəkildə keçirilib. Riyaziyyat və fizikaya aid olan suallar ancaq məsələlərdən ibarət olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR