Bank Of Baku

Paytaxt məktəblərinin IV sinif şagirdlərinin bilik səviyyəsi yoxlanılacaq

Paytaxt məktəblərinin IV sinif şagirdlərinin bilik səviyyəsi yoxlanılacaq
# 25 yanvar 2011 13:21 (UTC +04:00)
Bakı İlhamə İsabalayeva-APA. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) bu il IV sinif şagirdlərinin bilik səviyyəsini yoxlayacaq. İdarənin kadrlar şöbəsinin müdiri Bəhmən Nəbiyev APA-ya bildirib ki, artıq bunun üçün hazırlıq işləri görülür. Ötən il bütün şəhər üzrə IV sinif şagirdlərinin biliyinin yoxlanıldığını xatırladan idarə rəsmisinin sözlərinə görə, bu zaman müəyyən problemlər üzə çıxıb: “Yoxlama nəticəsində 60-70 müəllimin səviyyəsi bizi qane etmədi. Onların bir neçəsi işdən çıxdı, qalan müəllimlərlə bağlı isə Təhsil İdarəsi və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən Hazırlanma İnstitutu tərəfindən lazımi işlər aparıldı”.

Monitorinqin aparılması üçün IV siniflərin seçilməsinin əsas səbəbini bu siniflərin təhsilin bir pilləsindən digər pilləsinə keçməsi ilə əlaqələndirən B. Nəbiyev deyib ki, təhsilin bir səviyyəsindən digərinə keçid zamanı bir sıra hallarda müəllimlərin düzgün seçilməməsi daha yüksək ixtisaslı müəllimlərə şagirdlərin verilməməsi bir sıra problemlər yaradır. Bu kimi problemlərin həlli məqsədilə keçiriləcək yoxlamalardan sonra həm zəif oxuyan uşaqların inkişaf etdirilməsi, həm də ən yaxşı oxuyan şagirdlərin istedadını istedadının inkişafı ilə bağlı da tədbirlər görüləcək: “Ötən il monitorinqi apardığımız IV sinif şagirdlərinin bu il V sinif üzrə də biliklərini yoxlayacağıq. Bu zaman görəcəyik ki, IV sinifdən V sinfə keçən şagirddə vəziyyət necə inkişaf edib. İlk növbədə bu məsələlər araşdırılıb tədbir görüləcək”.

B. Nəbiyev bu proses əhatə dairəsinin genişlənəcəyini, getdikcə bütün sinifləri əhatə edəcəyini də söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR