Bank Of Baku

Ucqar məktəblərdə müəllimlərin işə qəbulu zamanı keçid ballarında güzəştlərin edilməsi təklif olunur

Ucqar məktəblərdə müəllimlərin işə qəbulu zamanı keçid ballarında güzəştlərin edilməsi təklif olunur
# 25 yanvar 2011 13:47 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Bakı şəhərinin ucqar ərazilərindəki orta məktəblərdə müəllimlərin işə qəbulu zamanı keçid ballarında bəzi güzəştlərin edilməsini təklif edir. Bunu APA-ya açıqlamasında BŞTİ-nin kadrlar şöbəsinin müdiri Bəhmən Nəbiyev deyib. O bildirib ki, orta məktəblərdə vakant yerlərə müəllimlərin işə qəbulu zamanı müsabiqədə yüksək bal toplayanlar Bakının ucqar ərazilərindəki məktəblərə getmək istəmirlər: “Bu gün Təhsil Nazirliyinin keçirdiyi müsabiqələrdə ən yüksək bal toplayanlar vakant yerlərə işə qəbul edilir. Amma bəzən nisbətən aşağı bal toplayanlar kənarda qalır. Halbuki onları da həmin işə göndərmək olar”.

B. Nəbiyev deyib ki, müsabiqədə yüksək baldan nisbətən aşağı nəticə göstərənlər ucqar orta məktəblərdə işə qəbul edilə bilərlər: “Bu, o demək deyil ki, biz tam savadsız insanı həmin yerə göndərmək istəyirik. Aşağı bal dedikdə, təbii ki, 13, 14, 15 bal toplayanlardan söhbət getmir”.

B. Nəbiyev hazırda bu məsələ ilə bağlı iş aparıldığını da əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR