Bank Of Baku

Azərbaycanda palliativ xidmətin yaradılması təklif olunub

Azərbaycanda palliativ xidmətin yaradılması təklif olunub
# 26 yanvar 2011 10:59 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu, UNESCO-nun Bioetika kafedrasının Azərbaycan bürosu və Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycanda palliativ yardım proqramı və bioetikanın əsas prinsipləri” mövzusunda elmi-praktik seminar keçirilib. APA-nın məlumatına görə, AMEA İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva bildirib ki, palliativ yardım müalicəsi mümkün olmayan xəstəlik diaqnozu qoyulduğu təqdirdə, ixtisaslaşdırılmış müalicə imkanları sona çatdıqda və ya məhdud olduqda xəstənin həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədilə ona və onun ailə üzvlərinə göstərilən çoxsahəli xidmətlərin uzlaşdırılmış sistemidir: “İnsanların həyatının son günlərində ağrılara tab gətirməsi, ləyaqətlə, ağrısız yaşaya bilməsi üçün onlara tibb işçiləri tərəfindən yardım edilməlidir. Palliativ xidmət vasitəsilə xəstələr üçün evlərə dərmanların gətirilməsi, onlara elementar tibbi xidmətin göstərilməsi təmin edilir. Elə ailə var ki, orada qadın xəstə olduğu üçün öz ərinə qulluq edə bilmir. Bunun üçün bütün ölkələrdə palliativ xidmət olur. Biz də bu məsələni qanunvericilikdə əks etdirmək istəyirik. Bunun üçün cəmiyyətdə də maarifləndirmə işləri aparmalıyıq. İnsanlar bilsin ki, belə xidmət bütün ölkələrdə var, biz də bunu tətbiq etməliyik”.

A. Mustafayevin sözlərinə görə, artıq MDB ölkələrində insanlara belə yardımlar göstərilir: “Azərbaycanda da belə xidmətin təşkili mütləq lazımdır. Bu xidmətin Azərbaycanda təşkil olunma vaxtı isə cəmiyyətin buna hazırlığından və qanunvericiliyin olmasından asılıdır”.

Beynəlxalq Palliativ Yardım Təşəbbüsü Proqramının direktoru Stefen Konnor isə deyib ki, bu xidmət ötən əsrin 80-ci illərində Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə həyata keçirilməyə başlanıb. Hazırda dünyada 2,5 milyon insana palliativ xidmət göstərilir. Bu isə tələb olunan ehtiyacdan azdır. S. Konnor qeyd edib ki, bu xidmət iflic, insult keçirən, onkoloji, bağırsaq çatışmazlığı, ağciyər və qaraciyərində ciddi problemlər olanlara, QİCS-li xəstələrə göstərilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR