Bank Of Baku

“Uşaqlara xidmətlərin göstərilməsində icma əsaslı reabilitasiya mərkəzlərinin rolu” mövzusunda dəyirmi masa keçirilib

“Uşaqlara xidmətlərin göstərilməsində icma əsaslı reabilitasiya mərkəzlərinin rolu” mövzusunda dəyirmi masa keçirilib
# 27 yanvar 2011 09:30 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının təşkilatçılığı ilə “Uşaqlara xidmətlərin göstərilməsində icma əsaslı reabilitasiya mərkəzlərinin rolu” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, dəyirmi masada çıxış edən Uşaq Hüquqları Klinikasının direktoru Nazir Quliyev bildirib ki, 2005-ci ildən başlayaraq QHT Alyansı Azərbaycanda sosial müdafiəsi zəif olan uşaqlarla bağlı araşdırmalar aparıb: “Bu araşdırmalar göstərdi k, ölkədə icma əsaslı reabilitasiya mərkəzlərinin sayı çox azdır. Bu da problemli uşaqların müdafiəsini tam şəkildə müdafiə etməyə imkan vermir. Xüsusilə “Valideyn himayəsindən məhrum olan uşaqların sosial müdafiəsi” haqqında qanunun icrası ilə bağlı ciddi problemlər var. Qanunda həmin uşaqların mənzillə, torpaq sahəsi ilə təminatı, məşğulluq problemlərinin həlli, onlara qaytarılmayan kreditlərin verilməsi nəzərdə tutulur. Lakin bunların heç biri yerinə yetirilmir”.

N. Quliyev deyib k, indiyədək ölkədə mövcud olan icma əsaslı reabilitasiya mərkəzləri donor təşkilatların yardımı ilə maliyyələşib. Lakin həmin mərkəzlərin dövlət tərəfindən maliyyələşməsi çox zəruridir: “Əks halda biz risk qrupuna aid olan uşaqları effektli müdafiə edə bilməyəcəyik. 2005-ci ildə BMT-nin Uşaq Hüquqları üzrə Komitəsi Azərbaycanda uşaq məhkəmələrinin yaradılmasını tövsiyə etmişdi. Hazırda bununla bağlı müzakirələr aparılır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR