Bank Of Baku

Almaniya vətəndaşlarının yalnız 46%-i kapitalizmə inanır

Almaniya vətəndaşlarının yalnız 46%-i kapitalizmə inanır
# 27 yanvar 2011 10:06 (UTC +04:00)
Bakı - APA-Economics. Almaniya vətəndaşlarının yalnız 46%-i kapitalist sisteminin yaxşı fəaliyyət göstərdiyini və onun qorunmasının vacib olduğunu düşünür.

APA-Economics”in xəbərinə görə, “Ifop” İctimai Rəyi Öyrənmə İnstitutunun keçirdiyi rəy sorğusunun nəticələri bunu göstərir.

Fransanın “La Croix” nəşrinin sifarişi ilə on ölkədə (Fransa, Almaniya, Çin, ABŞ, Braziliya, Avstraliya, İtaliya, Niderland, Polşa və Böyük Britaniya) keçirilən rəy sorğusunda iştirak edən almaniyalıların 42%-i kapitalist sisteminin pis fəaliyyət göstərdiyini, lakin başqa alternativ olmadığından onun qorunmasının zəruriliyini vurğulayıb.

Bütövlükdə rəy sorğusu ziddiyyətli tendensiyalar ortaya çıxarıb. Belə ki, kapitalizmin qorunmasının daha çox tərəfdarı kommunist Çin Xalq Respublikasının vətəndaşları olub. Kapitalizmin ən qatı əleyhdarları Fransa vətəndaşları olub ki, onların da sayı kapitalizmdən imtina etməyi tələb edən almanlardan təxminən 3 dəfə çoxdur - 33%.

Kapitalizmə inanan Almaniya vətəndaşlarının əksər hissəsi (48%) ölkənin qərbində yaşayır. Şərqi Almaniyada isə onlar 36% təşkil edir. Almaniyanın şərqində yaşayanların 46%-i, qərbində yaşayanların isə 41%-i kapitalizmin pis olduğunu, lakin başqa seçim imkanının da olmadığını bildirib. Keçmiş AFR-in 18%-i, keçmiş ADR-in isə 11%-i kapitalizmin əleyhinə çıxıb.

Almanların 21%-i hesab edir ki, ölkə iqtisadi böhran yaşayır, 30%-i çətinliklərin arxada qaldığını, 42%-i isə vəziyyətin gərgin olduğunu, lakin sürətlə yaxşılaşdığını qeyd edib. müqayisə üçün qeyd edək ki, Fransa vətəndaşlarının 53%-i ölkənin dərin iqtisadi böhranda olduğunu bildirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR