Bank Of Baku

Azərbaycanda 262 orta məktəb qəza vəziyyətindədir

Azərbaycanda 262 orta məktəb qəza vəziyyətindədir
# 27 yanvar 2011 12:39 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Təhsil Nazirliyində 2010-cu ilin yekunları və 2011-ci ildə görüləcək işlərə həsr olunmuş kollegiya iclası keçirilib. APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov bildirib ki, 2010-cu ildə təhsilə 1, 276 milyard manat vəsait ayrılıb ki, bu da 2009-cu ilin büdcəsinə nisbətən 129 milyon manat, başqa sözlə 10 faiz çoxdur. Ötən il bir təhsil alana düşən xərc məktəbəqədər təhsil üzrə 816, ali təhsil üzrə 1548, dövlət sifarişli ixtisaslar üzrə isə təqribən 1700 manat düşüb.

M. Mərdanov deyib ki, Azərbaycanın 4522 dövlət ümumtəhsil məktəbində 1 321 091 şagird təhsil alır, 159 461 pedaqoji heyət fəaliyyət göstərir. Nazirin sözlərinə görə, 2010-cu ildə 61 yeni məktəb, 11 məktəb üçün əlavə korpus tikilib, 66 rayon üzrə 266 məktəb 27 414 parta, 2315 yazı lövhəsi və digər avadanlıqlarla təmin edilib. O qeyd edib ki, Azərbaycanda 262 orta məktəb qəza vəziyyətindədir, 872 məktəbin əsaslı təmirə və bərpaya ehtiyacı var. Ümumilikdə 66 rayon təhsil şöbəsinin binası yoxdur.

Bu il yoxlama və buraxılış imtahanlarının 7 bölgə üzrə keçirilməsi nəzərdə tutulub. Bu il əlavə olaraq, 500 təhsil müəssisəsinin Azərbaycan Təhsil Şəbəkəsinə qoşulması və sürətli internetlə təmin edilməsi nəzərdə tutulub.

Peşə məktəbləri barədə də məlumat verən M. Mərdanov əlavə edib ki, ölkədə fəaliyyət göstərən peşə məktəblərinin 78-nin əsaslı təmirə ehtiyacı var. Bu gün peşə məktəblərində 15 minə yaxın məcburi köçkün məskunlaşıb.

Tədbirdə çıxış edən Milli Məclisin vitse-spikeri Bahar Muradova, YAP-ın icra katibi, millət vəkili Əli Əhmədov son illər təhsil sahəsində görülə işləri yüksək qiymətləndiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR