Bank Of Baku

Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Fransa Milli Fəxri Legion ordeninin zabiti rütbəsinə layiq görülüb

Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Fransa Milli Fəxri Legion ordeninin zabiti rütbəsinə layiq görülüb
# 27 yanvar 2011 14:53 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Fransa Milli Fəxri Legion ordeninin zabiti rütbəsinə layiq görülüb. Fransanın Azərbaycandakı səfirliyindən APA-ya bildirilib ki, bu rütbə H. Hüseynovaya Fransa Xarici İşlər Nazirliyinin təklifi əsasında Fransa prezidentinin sərəncamı ilə verilib: “Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri bu təltifə qadınlara qarşı zorakılıqla mübarizədə apardığı işə görə layiq görülüb. O, 2006-cı ildən bəri Fransanın Həmrəylik və Sosial Birlik Nazirliyi, həmçinin bu mübarizədə iştirak edən müxtəlif fransız təşkilatları ilə fəal əməkdaşlığı inkişaf etdirməyə nail ola bilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR