Bank Of Baku

“Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi - bilik, təcrübə, texnologiya” adlı baxış sərgi keçirilib - FOTOSESSİYA

“Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi - bilik, təcrübə, texnologiya” adlı baxış sərgi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 28 yanvar 2011 09:44 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə “Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi - bilik, təcrübə, texnologiya” adlı baxış sərgi keçirilib. APA-ın məlumatına görə, sərgidə çıxış edən BŞTİ-nin müdiri Nailə Rzaquliyeva bildirib ki, “Məktəblərin informasiya-kommunikasiya texnologiyaları ilə təminatına dair” Dövlət Proqramı uğurla başa çatdırılıb. Bu proqram əsasında paytaxt məktəblərinə ümumilikdə 9550 kompüter verilib və V-XI siniflərdə hər 22 şagirdə bir kompüter nisbəti təmin edilib. İdarə müdiri deyib ki, məktəblərin geniş zolaqlı internet şəbəkəsinə qoşulması istiqamətində də işlər davam etdirilib. Hazırda təhsil idarəsinin tabeliyində olan məktəblərin 264-ü bu şəbəkəyə, bütün məktəblər isə lokal şəbəkəyə qoşulub.

Təhsil naziri Misir Mərdanov son 20 il ərzində Azərbaycanda təhsil sahəsində ciddi uğurlar qazanıldığını söyləyib: “Ölkədə 2000-dən artıq yeni məktəb tikilib, bütün ali təhsil müəssisələri əsaslı təmir olunub, milli təhsil sisteminin əsası qoyulub, milli dərsliklər, hüquqi normativ baza yaradılıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR