Bank Of Baku

Almaniyalı alimlər Azərbaycanın palçıq vulkanlarını öyrənəcəklər

Almaniyalı alimlər Azərbaycanın palçıq vulkanlarını öyrənəcəklər
# 31 yanvar 2011 08:01 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Almaniyanın Kiel Universiteti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutu ilə əməkdaşlıq etmək niyyətindədir. Bu məqsədlə universitetin sualtı geologiya üzrə alimləri Varner Brukman və Corq Bialas Geologiya İnstitutunda olublar. İnstitutun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Geologiya İnstitutunun direktoru Akif Əlizadə qonaqları qəbul edərək onlara institutun elmi nailiyyətləri barədə məlumat verib. Geniş auditoriya qarşısında sualtı palçıq vulkanları mövzusunda məruzə ilə çıxış edən alman alimlər Nil çayının Misirin şimalında yerləşən deltasındakı palçıq vulkanlarında aparılmış tədqiqatlar, əldə edilmiş nəticələr və təcrübə barədə məlumat veriblər. Qonaqlar üçün palçıq vulkanına səyahət təşkil olunub. Görüşün nəticəsi olaraq palçıq vulkanlarının öyrənilməsi ilə bağlı gələcək əməkdaşlıq istiqamətləri müəyyən edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR