Bank Of Baku

AMEA Rəyasət Heyətinin iclası keçirilib

AMEA Rəyasət Heyətinin iclası keçirilib
# 31 yanvar 2011 09:12 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Humanitar və İctimai Elmlər Bölməsinin (HİEB) 2010-cu il üçün hesabat iclası keçirilib. AMEA-nı mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bölmənin 2010-cu ildə elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında məlumat verən HİEB-in akademik-katibi Ağamusa Axundov bildirib ki, hesabat ilində bölmə institutlarında elmi-tədqiqat işləri 20 istiqamət üzrə aparılıb, 63 problemi əhatə edən 196 mövzu üzrə 547 elmi-tədqiqat işi 28 mərhələdə yerinə yetirilib.

A. Axundov əldə olunan nailiyyətlərlə yanaşı, arxeoloji ekspedisiyaların avtomobillərlə təmin edilməsi və bölgələrdə еkspеdisiyalar üçün bazaların yaradılması, arxеoloji qazıntılar nəticəsində aşkar еdilən nümunələrin xarici ölkələrin müvafiq еlmi laboratoriyalarında analizi, bəzi institutlarda əməkdaşların normal şəraitdə elmi tədqiqatla məşğul olması üçün sahənin məhdudluğu, əmək haqlarının az olması kimi problemlərin olduğunu da diqqətə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR