Bank Of Baku

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində 2010-cu ilin yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu  İdarəsində 2010-cu ilin yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib
# 31 yanvar 2011 10:01 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində 2010-cu ildə görülmüş işlər haqqında hesabat yığıncağı keçirilib. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumata görə, iclası giriş nitqi ilə açan idarə rəisi Mikayıl Cabbarov ötən il ərzində görülmüş işlər və növbəti il üçün idarənin qarşısında duran vəzifələr barədə danışıb. İdarənin rəis müavini Samir Nuriyev İçərişəhərdə yerləşən memarlıq abidələrinin qorunması, konservasiyası və bərpası sahəsində atılmış addımlardan danışıb, İçərişəhərdə ən qədim məscid olan Məhəmməd Məscidində qabaqcıl bərpa texnologiyalarına əsaslanan muzey-konservasiyasının həyata keçirildiyini və Kiçik Karvansara abidəsinin bərpasının bitdiyini qeyd edib. O, həmçinin Qoruq ərazisində qəzalı binalarda məskunlaşmış 52 nəfərdən ibarət məcburi köçkün ailələrinin Bakı şəhərində yeni tikilmiş binalarda mənzillərlə təmin olunduğunu bildirib.
İclasda idarənin və idarənin tabeliyində olan qurumların digər rəhbər şəxslərinin hesabat nitqləri dinlənilib. Toplantıda yekun sözü ilə çıxış edən idarə rəisi ölkə Prezidenti İlham Əliyev tərəfindən 2011-ci ilin “Turizm ili” elan olunduğunu nəzərə alaraq İçərişəhərin təbliğinə və turizm infrastrukturunun genişləndirilməsinə xüsusi diqqət yetirilməsinin vacib vəzifə olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR