Bank Of Baku

Bu gündən Azərbaycan ərazisində “quş qripi” ilə əlaqədar növbəti monitorinqə başlanılıb

Bu gündən Azərbaycan ərazisində  “quş qripi” ilə əlaqədar növbəti monitorinqə başlanılıb
# 31 yanvar 2011 12:36 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. “Quş qripi”nin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını nəzərə alan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirlikləri, “Ovçular və balıqçılar” Cəmiyyəti ilə birlikdə bu gün ölkə miqyasında növbəti monitorinqə start verib. Dövlət Baytarlıq Xidmətindən APA-ya verilən məlumata görə, bu nəzarət tədbirinin köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçirilməsi nəzərdə tutulur. Monitorinq müddətində ölkənin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarda saxlanılan quşlardan nümunələrin götürülməsi planlaşdırılır. Köçəri və ev quşlarından götürüləcək qan və patoloji materiallar Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaq və nəticələr fevralın 11-də ictimaiyyətə açıqlanacaq.

Dövlət Baytarlıq Xidməti əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları mütləq qapalı şəraitdə saxlanılmalıdır. Heyvan və quşlar arasında hər hansı narahatçılıq hiss etdikləri anda yerli baytarlıq məntəqələrinə, idarələrinə, eləcə də xidmətin «Qaynar xətt»inə (Tel: 563-50-06) müraciət etsinlər.

DBX bildirir ki, bütün növ quşların ovlanması, qanunla müəyyən edilməyən yerlərdə və ticarət obyektlərində diri quşların, quş əti və məhsullarının satışı qadağandır. Hazırda “quş qripi” xəstəliyinə görə respublikadakı epizootik vəziyyət sabit hesab edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR