Bank Of Baku

Azərbaycanda 170 həkim sertifikasiyadan keçmək üçün imtahan verib

Azərbaycanda 170 həkim sertifikasiyadan keçmək üçün imtahan verib
# 01 fevral 2011 07:28 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Səhiyyə Nazirliyi yanvar ayında praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi məqsədilə 8 ixtisas üzrə imtahan keçirib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mama-ginekologiya, terapiya, pediatriya, oftalmologiya, anesteziologiya-reanimatologiya, ümumi cərrahiyyə, dermatovenirologiya və kardiologiya ixtisasları üzrə keçirilən test imtahanlarında 170 həkim iştirak edib. İmtahanlarda iştirak edən həkimlərin 157 nəfəri (92%) uğurlu nəticələr əldə edib.

İmtahanın şərtlərinə görə, 3 saat ərzində verilmiş 100 sualdan ən azı 60-nla düzgün cavab verən həkimlər növbəti mərhələyə - müsahibəyə buraxılacaqlar.

Növbəti imtahan revmotologiya ixtisası üzrə fevralın 2-də olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR