Bank Of Baku

Azərbaycanda sahəsi 1000 hektardan böyük olan 17 su-bataqlıq sahəsi var

Azərbaycanda sahəsi 1000 hektardan böyük olan 17 su-bataqlıq sahəsi var
# 01 fevral 2011 08:27 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycanda ümumi sahəsi 200 min hektardan artıq olan su-bataqlıq əraziləri mövcuddur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanda sahəsi 1000 hektardan böyük olan su-bataqlıq sahələrinin sayı 17-yə yaxındır. Bunlar Böyük və Kiçik Qızılağac körfəzləri, Ağ göl, Mahmudçala, Hacıqabul gölü, Kür çayının deltası, Sarısu, Dəvəçi limanı, Xəzər sahili boyu ərazilər və s.-dir. Həmin ərazilərə qışlama və köç mövsümündə yüz minlərlə müxtəlif quş növləri toplanır.

Nazirlikdən bildirilib ki, Ağ göl, Böyük və Kiçik Qızılağac körfəzləri mühüm su-bataqlıq əraziləri kimi 2001-ci il mayın 25-dən Ramsar Konvensiyasının “Ramsar siyahısı”na daxil edilib. Hazırda digər böyük su-bataqlıq ərazilərinin də bu siyahıya daxil edilməsi nəzərdə tutulur.

Nazirlikdən verilən məlumata görə, BMT tərəfindən 2011-ci il “Beynəlxalq meşələr ili” elan edildiyindən cari ildə “Ümumdünya Su-bataqlıq Əraziləri Günü”nün “Bataqlıqlar və meşələr” mövzusu altında qeyd edilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR