Bank Of Baku

Latviya işsizləri Almaniyaya göndərir

Latviya işsizləri Almaniyaya göndərir
# 01 fevral 2011 09:00 (UTC +04:00)
Bakı - APA-Economics. Latviya hökuməti işsizlik problemini həll etmək üçün yeni çıxış yolu tapıb. “APA-Economics”in Latviya mətbuatına istinadən xəbərinə görə, ölkədəki bir qrup işsiz Almaniyaya göndəriləcək.

Avropa İttifaqının fasiləsiz təhsil üzrə “Leonardo da Vinçi” proqramı (bu proqram Latviyada Təhsilin İnkişafı üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir) çərçivəsində uzun müddət iş tapa bilməyən işsizlərə Almaniya şirkətlərində avtoçilingər və aşpaz ixtisasları üzrə iki ay təcrübə keçmək təklif olunur.

Lakin bu şans hamının üzünə gülməyəcək. Almaniyaya cəmi 4 işsiz göndəriləcək. Almaniyanın tərəfdaş şirkəti olan “Salo+ Partner Berufliche Bildung GmbH” iki avtoçilingərə və iki aşpaza təcrübə keçməyi təklif edir. Onların nəqliyyat, yaşayış və qida xərcləri pulsuz olacaq.

Artıq 25 aşpaz və 11 avtoçilingər Almaniyaya getmək arzusunda olduqlarını bildiriblər. Seçim zamanı sözügedən ixtisaslar üzrə təhsilə və ya iş təcrübəsinə malik olanlara, eləcə də alman dilini bilənlərə üstünlük veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR