Bank Of Baku

Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri Azərbaycana gələcək

Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri Azərbaycana gələcək
# 01 fevral 2011 12:23 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Fevralın 14-də Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun iki nümayəndəsi Azərbaycana səfər edəcək. Təşkilatın Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, səfərin əsas məqsədi qrip üzərində epidemioloji nəzarətin gücləndirilməsinə dair Azərbaycana tövsiyələr verməkdir. Səfər fevralın 18-də yekunlaşacaq. Bu müddətdə qonaqlar Bakıda və bir neçə rayondakı tibb müəssisələrində qrip üzərində epidemioloji nəzarətin qurulması ilə tanış olacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR