Bank Of Baku

BDU-da daxili nizam-intizam qaydalarını pozduğuna görə 200-ə yaxın tələbə imtahan auditoriyasından çıxarılıb

BDU-da daxili nizam-intizam qaydalarını pozduğuna görə 200-ə yaxın tələbə imtahan auditoriyasından çıxarılıb
# 01 fevral 2011 12:51 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bakı Dövlət Universitetində (BDU) qış imtahan sessiyası çərçivəsində daxili nizam-intizam qaydalarını pozduğuna görə 200-ə yaxın tələbə imtahan auditoriyasından çıxarılıb. Bu barədə APA-ya BDU-nun mətbuat və informasiya şöbəsinin rəhbəri Pərvanə İbrahimova məlumat verib. O bildirib ki, qış imtahan sessiyası ilə bağlı rektor Abel Məhərrəmovun müvafiq əmri olub. Əmrə əsasən, nizam-intizam qaydalarını pozan tələbələrin hamısına “0” balı yazılıb. Həmçinin onlara töhmət elan olunub. Həmin tələbələrin valideynləri universitetə çağırılaraq, onlarla söhbət aparılacaq. Nizam-intizamı pozan tələbələr Boloniya prosesi çərçivəsində “Yay məktəbi”nə də buraxılmayacaqlar. Əgər belə hal təkrar baş verərsə, həmin tələbələr BDU-dan xaric ediləcəklər.

Qeyd edək ki, BDU-da qış imtahan sessiyası yanvarın 6-dan 31-dək davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR