Bank Of Baku

Lənkəranda leysan yağışları nəticəsində çaylarda sululuq artıb, əkin sahələri suyun altında qalıb

Lənkəranda leysan yağışları nəticəsində çaylarda sululuq artıb, əkin sahələri suyun altında qalıb
# 01 fevral 2011 14:26 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Azərbaycanın Lənkəran rayonunda bu gün səhər saatlarından yağan yağışlar leysana çevrilib. APA-nın yerli bürosunun məlumatına görə, yağıntı nəticəsində rayonun ərazisindəki çaylarda sululuq artıb, şəhərin bəzi küçələrində həyətləri və evlərin zirzəmilərini su basıb, ayrı-ayrı yaşayış məntəqələrində isə əkin sahələri suyun altında qalıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran rayonlararası Hidrometeorologiya hissəsindən bildirilib ki, yarım gün ərzində rayona orta hesabla on günlük norma qədər yağıntı düşüb. Yağıntının hələ bir neçə gün davam edəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR