Bank Of Baku

Türkiyədə qəzaya düşən azərbaycanlıların vəziyyəti yaxşıdır

Türkiyədə qəzaya düşən azərbaycanlıların vəziyyəti yaxşıdır
# 01 fevral 2011 14:40 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Türkiyənin Sivas vilayəti ərazisində baş verən qəza nəticəsində xəstəxanada olan 5 Azərbaycan vətəndaşından 2-si evə buraxılıb. Bu barədə APA-ya Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat katibi Elsevər Salmanov məlumat verib. O bildirib ki, həmin şəxslər digərləri kimi yollarına davam edərək İstanbula getməyib, Naxçıvan Muxtar Respublikasına qayıdıblar. Bir nəfər bu gün, qalan iki nəfər isə yaxın iki-üç gün ərzində xəstəxanadan buraxılacaq. E. Ağayev xəstəxanada olan azərbaycanlıların vəziyyətinin yaxşı olduğunu da açıqlayıb.
Qeyd edək ki, içərisində 31 Azərbaycan vətəndaşı da daxil olmaqla 42 nəfər sərnişinin olduğu avtobus yanvarın 31-də saat 05.00 radələrində Sivas vilayətinin Koyulhisar qəsəbəsində aşıb. Qəzaya qar yağması və yolun buz bağlaması səbəbi olub. “76 AU 675” nömrə nişanlı avtobus Azərbaycandan və Türkiyənin İğdır şəhərindən götürdüyü sərnişinləri İstanbula aparırmış.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR