Bank Of Baku

Azərbaycanda Gənclər Günü münasibəti ilə Heydər Əliyevin məzarı və Şəhidlər Xiyabanı ziyarət olunub - FOTO

Azərbaycanda Gənclər Günü münasibəti ilə Heydər Əliyevin məzarı və Şəhidlər Xiyabanı ziyarət olunub - <font color=red>FOTO</font>
# 02 fevral 2011 08:30 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. 2 fevral Gənclər Günü münasibəti ilə gənclər və idman naziri Azad Rəhimov, nazirliyin əməkdaşları, Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını ziyarət ediblər. APA-nın xəbərinə görə, nazir Azad Rəhimov jurnalistlərə açıqlamasında bildirib ki, 2010-cu ildə Azərbaycanda dövlətin gənclər siyasəti ilə bağlı həyata keçirdiyi layihələr uğurlu olub. Nazir, bu il də layihələrin davam etdiriləcəyini, bunun nazirliyin fəaliyyət planına daxil olduğunu qeyd edib. Onun sözlərinə görə, vətənpərvərliyi təbliğ edən layihələrin həyata keçirilməsinə üstünlük veriləcək, istedadlı gənclər aşkarlanacaq, onlara dəstək veriləcək. A. Rəhimov deyib ki, gənclərin idman sahəsinə meyl göstərmələri üçün zəruri addımlar atılacaq: “Gənc peşəkar idmançıların beynəlxalq yarışlara hazırlanması da fəaliyyət istiqamətlərindən biridir. Əsas məqsədimiz odur ki, bu il yeni layihələr həyata keçirək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR