Bank Of Baku

Azərbaycanda pensiyaların 99%-i plastik kartlarla ödənilir

Azərbaycanda pensiyaların 99%-i plastik kartlarla ödənilir
# 02 fevral 2011 08:40 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) həyata keçirdiyi tədbirlər nəticəsində kəndlərdə yaşayan əmək pensiyaçılarının 98%-i, şəhərlərdə yaşayan pensiyaçıların isə 100%-i üzrə pensiyalar plastik kartlarla ödənilir.

Fondun ictimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, ümumilikdə hazırda Azərbaycanda pensiyaların 99%-nin ödənişi plastik kartlarla həyata keçirilir. Bu məqsədlə ümumilikdə 497, o cümlədən kənd və qəsəbələrdə 113 bankomat istifadəyə verilib.

2010-cu ildə kəndlərdə vətəndaşların öz xahişləri əsasında (istənilən bankomatdan almaq şərtilə) pensiyaların plastik kartlarla ödənişinin təmin olunması istiqamətində mühüm addımlar atılıb. Nəticədə il ərzində kəndlərdə pensiyaları plastik kartla alanların sayı 10 363 nəfər artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR