Bank Of Baku

Avropa Hüquq Tələbələri Assosiasiyasının prezidenti Bakıya gələcək

Avropa Hüquq Tələbələri Assosiasiyasının prezidenti Bakıya gələcək
# 02 fevral 2011 09:35 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Avropa Hüquq Tələbələri Assosiasiyasının (ELSA) prezidenti Oskar Lema Buza Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHK) dəvəti ilə Azərbaycana gələcək. Bu barədə APA-ya AHK-nın baş katibi Nadir Adilov məlumat verib. Onun sözlərinə görə, səfər 4-7 fevral tarixlərində baş tutacaq.
Səfərdə əsas məqsəd 2 fevral - Gənclər Günü ilə əlaqədar gənc hüquqşünaslar, hüquq fakültəsinin tələbələri ilə Avropanın inkişaf etmiş hüquq təsisatlarının inteqrasiyasını təmin etməkdir. Fevralın 5-də Bakıda Azərbaycan Hüquqşünasları Konfederasiyası və Beynəlxalq Hüquq Mərkəzinin, Hüquq İslahatlarına Yardım Koalisiyasının, Avrasiya Hüquqşünaslar Assosiasiyasının dəstəyi ilə ELSA Azərbaycanın ilk Milli Şurasının yığıncağı keçiriləcək.
Qeyd edək ki, ELSA 1981-ci ildən fəaliyyət göstərir. ELSA-nın Avropanın 42 ölkəsində, 200 universitetində 30000-dən çox üzvü var. ELSA-nın əsas fəaliyyəti hüquqşünas tələbələrin və gənc hüquqşünasların bilik və bacarıqlarının artırılması, Avropa ölkələrində təcrübə və təlimlərin təşkil olunması və elmi mübadilə proqramlarının həyata keçirilməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR