Bank Of Baku

Azərbaycan bütün Xəzər hövzəsində gəmilərin hərəkətini izləyəcək Uzaq Məsafədən İzləmə və Nəzarət Sistemi qurur

Azərbaycan bütün Xəzər hövzəsində gəmilərin hərəkətini izləyəcək Uzaq Məsafədən İzləmə və Nəzarət Sistemi qurur
# 02 fevral 2011 10:07 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Bu ilin ortalarına qədər Azərbaycanın Xəzər dənizində gəmilərin hərəkətini izləyəcək Uzaq Məsafədən İzləmə və Nəzarət Sistemi fəaliyyətə başlayacaq. Bu barədə APA-ya Azərbaycan Dövlət Dəniz Administrasiyasından (ARDDA) məlumat verilib. Artıq sistemə daxil olacaq avadanlıqlar alınaraq ölkəyə gətirilib. Sistem ARDDA-nın yeni inzibati binasında qurulacaq. Hazırda binanın seçimi aparılır.

Xəzər hövzəsində ilk dəfə olaraq ən müasir avadanlıqların tətbiqi ilə Azərbaycanda qurulacaq sistem hövzəyə daxil olan və çıxan bütün gəmiləri qeydə alacaq. Sistem DSX Sahil Mühafizəsinin mövcud sistemindən bəzi funksiyalarına görə fərqlənəcək. Belə ki, Sahil Mühafizəsi dəniz sərhədlərinə nəzarət etdiyi halda, bu sistemin tam olaraq Xəzər akvatoriyasına nəzarət etmə imkanları olacaq. Eyni zamanda, sistem bütün məlumatları Koordinasiya Mərkəzinə ötürəcək. Mərkəz hər hansı hadisə ilə bağlı müraciət aldığı gəmiyə kömək göndərməklə yanaşı, müvafiq qərarlar qəbul etmək, tövsiyələr vermək səlahiyyətlərinə malik olacaq.

Sistem gəmilərin hərəkət sürətinə, hərəkət istiqamətinə peyk vasitəsi ilə nəzarət edəcək. Həmçinin, gəmilərin yükü haqqında məlumatlar əldə etməyə şərait yaradacaq.

Qeyd edək ki, Uzaq Məsafədən İzləmə və Nəzarət Sistemi bu sahədə dünyanın tanınmış şirkətləri tərəfindən qurulur. Bu şirkətlər arasında İsveçin hərbi sənaye-naviqasiya sahəsində tanınmış SAAB, Danimarkanın PB-RADİCOM-APS, İspaniyanın “Kibernetika” və Rusiyanın “Geomatika” şirkətləri var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR