Bank Of Baku

AMEA Rəyasət Heyətinin iclası keçirilib

AMEA Rəyasət Heyətinin iclası keçirilib
# 02 fevral 2011 11:38 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin (RH) növbəti iclası keçirilib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda çıxış edən AMEA-nın vitse-prezidenti Arif Həşimov ölkə prezidenti tərəfindən imzalanmış “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” sərəncamla əlaqədar həmin illəri əhatə edən fundamental xarakter daşıyan elmi tutumlu məqalələrin dərc edilməsi və tədbirlərin keçirilməsinin akademiyanın bölmələri qarşısında vəzifə kimi qoyulduğunu bildirib. A. Həşimov sözügedən sərəncamla əlaqədar AMEA RH-nin “2011-2012-ci illərdə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi və elmi-texniki tədbirlərin planı haqqında” qərarında əlavə və dəyişikliklərin edilməsinin zəruriliyini qeyd edib. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru Tofiq Nağıyev isə bildirib ki, ötən il ensiklopediyanın “A” və “B” hərflərinə aid olan ikinci, üçüncü və dördüncü cildləri üzərində işlər aparılıb, “A” hərfinə aid olan ikinci cildin kitabxanalar üçün nəzərdə tutulmuş variantının Azərbaycanda “Şərq-Qərb” nəşriyyatı tərəfindən, abunə variantının isə Almaniyada nəşr olunması qərara alınıb. O, hesabat ilində ikinci cildə daxil olan “A” hərfi üzrə sözlüyün son variantının tərtibatının tamamlandığını, 2652 termini əhatə edən 3458 məqalənin çapa hazırlandığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR