Bank Of Baku

Azərbaycan ərazisində hava sabitləşəcək

Azərbaycan ərazisində hava sabitləşəcək
# 02 fevral 2011 12:05 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gülşad Məmmədovanın APA-ya verdiyi məlumata görə, fevralın 4-ü və 5-də ölkə ərazisində temperatur bir necə dərəcə yüksələcək.

Həmin günlər ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Mülayim şimal küləyi əsəcək, gündüz saatlarında cənub küləyi ilə əvəzlənəcək. Fevralın 3-də paytaxtda gecə saatlarında 0-2 dərəcə şaxta olacaq, gündüz saatlarında isə temperatur 5-7 dərəcəyə yüksələcək.

Fevralın 4-də paytaxtda gecə 0-3 dərəcə isti, gündüz 6-8 dərəcə isti, Mərkəzi Aran rayonlarında gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR